Accessibility links

İspaniyada maliyyə böhranı getdikcə dərinləşir


İspaniyanın iqtisadiyyat naziri qonşu dövlətlərin yardımına ehtiyac olacağını istisna edib

Dünyanın fond birjaları İspaniyanın beynəlxalq maliyyə yardımına ehtiyacı olacağından narahatdır.

Bazar ertəsi İspaniyanın iqtisadiyyat naziri Luis de Quindos, Madridin avro valyuta zonasına daxil olan 17 qonşu dövlətlərin yardımına ehtiyac olacağının mümkünlüyünü istisna edib. Lakin İspaniyanın borclanma məsrəfləri artıb və Asiya, Avropa və Nyu-Yorkda fond indeksləri 2 və daha artıq faiz dərəcələrdə surətlə aşağı enmişdi.

İspaniya hökumətinin istiqrazlarının faiz dərəcəsi 7.5 faizə qalxmışdır, bu 7 faizlik səviyyədə maliyyə resurslarına ehtiyac duyan Yunanıstanın, İrandiyanın və Portuqaliyanın faiz səviyyəsindən üstündür. İspaniya fond birjasında ardıcıl olaraq iki gün ticarət ərzində enmə müşahidə olunub.

De Quindosun bildirdiyinə görə maliyyə bazarları İspaniyada maliyyə durumuna reaksiya göstərir. Lakin ölkə yüksək işsizlik, iqtisadi tənəzzül və muxtar vilayətlərin mərkəzi hakimiyyətdən yardım istəməsi kimi problemlərlə qarşılaşıb.

Avropa ölkənin maliyyə cəhətdən cətinliklərlə üzləşən bank sistemini xilas etməsi üçün 112 miliyard verməyə razılaşıb.

Avronun dəyəri ABŞ dollarına nisbətən iki ildə ən aşağı səviyyəyə enərək, bir avro üçün $1.21 dollar təşkil edir.
XS
SM
MD
LG