Accessibility links

Qüdsdə avtomobil hücumu


İsrail polisi bu gün fələstinli bir şəxsin avtomobili Qüdsün izdihamlı küçəsində insanların üzərinə qəsdən sürməsi nəticəsində üçü polis olmaqla, on nəfərin yaralandığını bildirib. Yerli xəstəxanadan alınan məlumatda polislərdən birinin öldüyü deyilir.

Məlumatda deyilir ki, avtomobili qatar platformasına çırpdıqdan sonra maşından çıxan sürücü əlindəki metal parça ilə insanlara hücum edib və polis tərəfindən güllələnib.

Bu hadisə eyni ərazidə bunabənzər hücumdan iki həftə sonraya təsadüf edir. O zaman da fələstinli sürücü avtomobili insanların üzərinə sürmüş, nəticədə bir körpə ölmüş, 8 nəfər yaralanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG