Accessibility links

Yəhudiləri qətlə yetirən fələstinlilərin evləri sökülür


İsrailin təhlükəsizlik qüvvələri keçən ay tramvay dayanacağında iki nəfəri qətlə yetirən fələstinlinin evini söküb. Bu gün səhər tezdən Şərqi Qüdsün Silvan bölgəsində sökülən evin yalnız dağıntılar; qalıb.

Bu ev son aylar qarşıdurmaların və nümayişlərin vüsət aldığı müsəlmanların müqəddəs Əl-Əqsa məscidi və yəhudilərin Məbəd Təpəsi yaxınlığında yerləşir.

Çərşənbə axşamı iki fələstinlinin Qüdsdəki sunaqoqda 5 nəfəri qətlə yetirməsindən sonra baş nazir Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinə həmin şəxslərin evlərinin də sökülməsi haqda göstəriş verib. Baş nazir deyib ki, bundan əvvəl hücumlar həyata keçirilənlərin də evləri təcili sökülməlidir.

İnsan haqları qrupu Amnesty International isə belə bir addımı "kütləvi cəza" adlandıraraq, bunun beynəlxalq qanunlara zidd olduğunu bildirib.

XS
SM
MD
LG