Accessibility links

Qüdsdə gərginlik artmaqdadır [Fotoqalereya]


Fələstinli gəncin qətlindən sonra Qüdsdə gərginlik daha da artıb. Çoxları üç israilli yeniyetmənin oğurlanaraq öldürülməsindən sonra bunun intiqam olmasından narahatdır. Polisin ərəb gəncin yanmış cəsədini Qüdsün meşəsində aşkar etməsindən sonra İsrail hökuməti hər iki tərəfi səbirli olmağa çağırıb.

İsrail polisini daşa basan fələstinli etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edilib.

Polis hələ də tapılan cəsədin Məhəmməd Əbu Xudairə məxsus olduğunu təsdiq etməsə də, şahidlər Şərqi Qüdsdə onun bir neçə israilli tərəfindən zorla maşına oturdulduğunu gördüklərini deyiblər.

Obama administrasiyası qətl hadisəsini iyrənc bir hərəkət olduğunu deyərək, sülhə çağırıb.

Bu arada, İsrail ordusu Fələstin ərazilərindən artmaqda olan raket hücumundan sonra Qəzza ilə sərhədə qoşun yerləşdirib. İsrailin döyüş təyyarələri Qəzzadakı yaraqlı hədəflərini bombardman edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG