Accessibility links

Fələstinli sürücü öz avtobusunda asılmış vəziyyətdə tapılıb


Bu gün Fələstinli sürücünün cəsədi idarə etdiyi avtobusda asılmış vəziyyətdə aşkar edilib. İsrail polisi bunun intihar olduğunu iddia etsə də, sürücünün ailəsi onun qətlə yetirildiyini deyir.

Bu xəbər onsuz da son bir neçə həftədir bölgədəki gərgin vəziyyəti daha da dərinləşdirib. Qüdsün ətrafı da daxil edilməklə, Fələstinin bir neçə böyük şəhərində etiraz aksiyaları keçirilib və tətillərə başlanıb.

Avtobus sürücüsü, 32 yaşlı Yusif Əl-Ramoninin cəsədi bazar günü gecə radələrində Qüds yaxınlığında yəhudilərin və fələstinlilərin məhəllələrinə yaxın ərazidəki yolda aşkar edilib.

İsrail polisi dəlillərin Ramoninin intihar etdiyini göstərdiyini deyir. Lakin Fələstin mediası sürücünün yəhudi cinayətkarlar tərəfindən qətlə yetirildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG