Accessibility links

Misirdən İsrailə keçməyə çalışan yaraqlılar öldürülüb


İsrail təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, bu gün Misir sərhədindən İsrailə keçən yaraqlıları öldürən əsgərlər terror hücumunun qarşısı alıb. İsrail ordusunun sözçüsü Avital Liboviç Sinay bölgəsindən keçən güclü silahlanmış və üzərinə partlayıcı maddələr quraşdırılmış üç nəfərin İsraillə Misir arasında sədd tikən işçiləri qoruyan hərbçiləri pusquya salaraq, onlara atəş açdıqlarını bildirib. Sözçü İsrail əsgərlərinin cavab atəşi açdığını və hücumçulardan azı ikisini öldürdüyünü deyib.

Frans Xəbər Agentliyi Har Hərif bölgəsində baş verən insident zamanı bir İsrail əsgərinin öldürüldüyünü bildirib.
XS
SM
MD
LG