Accessibility links

Baş nazir Benyamin Netanyahu büdcənin statusu ilə bağlı razılıq əldə edilmədiyinə görə erkən seçkilərin keçirilməsini istəyib

İsrailin nazirlər kabineti erkən seçkilərin yanvarın 22-i keçirilməsinə razılıq verib. Qərar nazirlər kabinetinin bazar günü iclasında qəbul edilib.

Baş nazir Benyamin Netanyahu iqtidar koalisiyası 2012-cü il üçün büdcənin statusu məsələsində razılığa gələ bilmədiyi üçün seçkilərin onun vəzifə müddətinin bitməsinə səkkiz ay qalmış keçirilməsini istəmişdir.

İsrail parlamenti Knessetin bazar ertəsi günü nazirləri kabinetinin erkən seçkilərə dair qərarını təsdiq edəcəyi gözlənilir.

Rəy sorğuları göstərir ki, cənab Netanyahunun Likud partiyası növbəti parlamentdə təmsil olunacaq ən böyük partiya kimi millətçi və dini partiyaların koalisiyasına rəhbərlik edə biləcək.
XS
SM
MD
LG