Accessibility links

İsraildə parlament seçkiləri keçirilir


Israeli Prime Minister Benjamin Netanyahu stands with his wife Sara as he speaks to the media, after voting in Israel's parliamentary elections in Jerusalem, Tuesday, Mar. 17, 2015.
Israeli Prime Minister Benjamin Netanyahu stands with his wife Sara as he speaks to the media, after voting in Israel's parliamentary elections in Jerusalem, Tuesday, Mar. 17, 2015.

İsraildə bu gün keçirilən seçkilərdə baş nazir Benyamin Netanyahu 4-cü dəfə baş nazir olmağa çalışır.

120 yerlik parlament uğrunda keçirilən seçki öncəsi son rəy sorğuları göstərir ki, cənab Netanyahunun mühafizəkar Likud partiyası Sianist Birliyinin lideri İsak Herzoqun rəhbərlik etdiyi mərkəz solçu alyansdan bir neçə yer geri qalır.

Heç bir namizədin parlamentdə əksəriyyət üçün tələb olunan 61 yer əldə etməsi gözlənilmir. Ancaq hər iki tərəf kommunist və ərəb pariyalar daxil olmaqla kiçik siyasi qrupların dəstəyini qazanmağa çalışır.

Analitiklərin sözlərinə görə, bu seçkilər baş nazirin idarəçiliyi üçün referenduma çevrilib.

İsrail seçkilərini işıqlandırmaq üçün Qüdsə ezam olunan Amerikanın Səsinin müxbiri Skot Bob deyir ki, bu, İsraildə ən çox seçicinin iştirak etdiyi səsvermələrdən biri ola bilər.

XS
SM
MD
LG