Accessibility links

İsrail və Fələstin rəsmiləri sülh danışıqlarının üçüncü raundunu başa vurub


İsrail və Qərb mətbuatının bildirdiyinə görə, İsrail və Fələstin rəsmiləri bu gün Qüdsdə sülh danışıqlarının üçüncü raundunu başa vurub.

İsrailin baş naziri Benyamin Netanyahu hökuməti və Fələstin prezidenti Mahmud Abbas müzakirələrin mövzusunu gizli saxlayacaqlartına söz veriblər. Bu, ABŞ dövlət katibi Con Kerrinin xahişi ilə edilir.

ABŞ diplomatı tərəfləri keçən ay müzakirələrin bərpasına razı salıb. İsrail müzakirəçisi Tzipi Livni və fələstinli Saeb Erekat danışıqların ikinci raundunu ABŞ-ın vasitəçiliyi olmadan Qüdsdə keçən həftə keçirmişdi.
XS
SM
MD
LG