Accessibility links

Özünü jurnalist kimi qələmə verən fələstinlı bir kişi İordan çayının qərb sahilindəki Kiryat Arba yaşayış massivində israilli əsgəri bıçaqla yaralayandan sonra güllə ilə vurularaq öldürülüb.

Bıçaq zərbələri nümayişçilərin İsrail əsgərlərini daşa basması ilə müşayiət olunub.

Həmin şəxs əynində PRESS yazılan köynək olub və buna görə ona əsgərlərə yaxınlaşmağa icazə verilib. İnternetə yerləşdirilən fotolardan görmək olur ki, o, əlində bıçaq əsgərlərə hücum edir və daha sonra öldürülür.

İsraildəki Xarici Mətbuat Assosiasiyası bu hücumu ciddi narahatlıq yaradan hadisə adlandıraraq, yaydığı bəyanatda Fələstinin bütün media qurumlarını təcili akkrediyasiyaları yoxlamağa çağırıb.

Times of Israel qəzetinin məlumatına görə, kürək və çiyin nahiyələrindən bıçaq zərbələri olan 20 yaşlı əsgər xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG