Accessibility links

İsrail və Fələstin nümayəndələrinin Qahirə danışıqlarının davam etdirildiyi vaxt tərəflər arasında qarşıdurmalar olub.

İsrailin baş naziri Benyamin Netanyahu raket hücumlarından sonra müzakirəçilərini geri çağırıb. İsrail ordusunun bildirdiyinə görə, Qəzzadan Berşeba sahəsinə atılan 3 raket hücumu zamanı tələfat baş verməyib.

Ordunun bəyanatında deyilir ki, İsrail Fələstini atəşkəsi pozmaqda günahlandırıb. İsrail hücumlara hava zərbələrı ilə cavab verib.

Daha sonra atılan 2 raket müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Fələstinin təhlükəsizlik qüvvələri və şahidlərin bildirdiyinə görə, İsrail Qəzzanın şimal bölgəsini atəşə tutub, nəticədə dağıntılar və xəsarət alanlar olub.

Səhiyyə rəsmiləri İsrailin hücumu zamanı iki uşağın yaralandığını bildirir.

Qəzzada minlərlə insan evlərini tərk edərək, BMT-nin təsis etdiyi sığınacaqlara üz tutub.

Daha əvvəl fələstinlilər Həmasla İsrail arasında razılıq əldə edilməsə hücumların bərpasına dair xəbərdarlıqla çıxış etmişdi.

Fələstinli müzakirəçi Əzzam Əl-Əhməd danışıqlardan nəticə əldə edilmədiyi təqdirdə zorakıqların baş qaldıracağını bildirib.

5 həftədir davam edən döyüşlər əksəriyyəti fələstinli dinc əhali olmaqla, 2000-dən artıq insanın həyatına son qoyub.

XS
SM
MD
LG