Accessibility links

İstanbulda regional sammitin iştirakçıları İsrailin reydini pisləyib


Türkiyə prezidenti Abdulla Gül deyib ki, İstanbulda keçirilən regional sammitdə iştirak edən 21 ölkənin lideri İsrailin aksiyalarına qarşı çıxış edib

Türkiyə prezidenti Abdulla Gül deyib ki, İsraildən başqa Asiya regionu üzrə sammitdə iştirak edən ölkələr İsrailin keçən həftə Qəzzaya yardım daşıyan gəmiyə reydini pisləyib.

Cənab Gül bildirib ki, İstanbulda keçirilən regional sammitdə iştirak edən 21 ölkənin lideri İsrailin aksiyalarına qarşı çıxış edib.

Keçən həftə Qəzzaya reyd zamanı həlak olan doqquz nəfərin səkkizi Türkiyə vətəndaşıdır.

İstanbul sammitində 22-ci ölkə olan İsrail yardım konvoyuna qarşı hərbi əməliyyatı qınayan birgə bəyannaməyə qarşı çıxıb.

XS
SM
MD
LG