Accessibility links

İsrail dəniz blokadasını yarmamaq barədə xəbərdarlıq edib


Liviya yardım gəmisinin təşkilatçıları deyiblər ki, onlar yardımı Qəzza bölgəsinə çatdirmaq niyyətindədirlər

İsrail Qəzza zolağına Liviya yardımı daşıyan gəmiyə Fələstin ərazisində dəniz blokadasını yarmamaq barədə xəbərdarlıq edib. Liviya yardım gəmisinin təşkilatçıları deyiblər ki, baxmayaraq ki, İsrail gəmini Misir limanına dönməsini əmr edib, onlar yardımı Qəzza bölgəsinə çatdirmaq niyyətindədirlər. Gəmi İsrail komandoları blokadanı yarmağa cəhd göstərən yardım hərbi dəniz donanmasının qarşısını aldiqdan altı həftə sonra Yunanıstandan çıxıb. Əvvəlki gəmidə doqquz Fələstinpərəst fəalın qətlə yetirilməsi beynəlxalq qalmaqala səbəb olub. İsrail bildirib ki, yardım gəmisindəki sərnişinlər İsrail qüvvələrinə hücum ediblər və İsrail qüvvələri özlərini müdafiə edib. İsrail rəsmiləri bildirib ki, Liviyaya məxsus gəmi yükü Misir yaxınlığındakı El-Ariş limanında və ya İsrailin Aşdod limanında boşalda bilər. Lakin gəmi Qəzzaya yaxınlaşarsa o hərbi dəniz donanması ilə qarşılaşacaq. İsrail hərbi tədqiqatçıları may ayında Qəzza zolağına yardım daşıyan gəmiyə reydin hazırlanmasında və həyata keçirilməsində İsrail ordu qüvvələrinin ciddi səhvlərə yol verdiklərini aşkar ediblər. Lakin onlar kommandoların həqiqi güllələrdən istifadə etmələrinə bəraət qazandırmışlar. İsrail təhqiqatçıları müəyyən edib ki, hərbiçilər əməliyyat zamanı müqavimətlə üzləşə biləcəklərini ehtimal etməyiblər.

XS
SM
MD
LG