Accessibility links

İsrailin təhqiqat komissiyası Qəzzada reyd zamanı hərbi qüvvələrin səhvə yol vermədiyi haqda nəticə çıxarıb (Yenilənib)

  • Amerikanın səsi

İsrailin apardığı təhqiqat beynəlxalq tənqidlərə baxmayaraq, keçən il Qəzzaya yardım daşıyan gəmidə keçirilən reyd zamanı hərbi qüvvələr və hökumətin qanun pozuntusuna yol vermədiyi haqda nəticə çıxarıb. Turkel Komissiyasının bu gün açıqladığı hesabatda göstərilir ki, Qəzzanın blokadasını keçməyə çalışan gəmiyə qalxan İsrail əsgərləri Fələstin tərəfdarı fəallar onlara hücum etdikdən sonra özlərini müdafiə ediblər. Zorakılıq nəticəsində səkkiz türk fəal və bir amerikalı türk qətlə yetirilmişdi. İnsidentdən sonra Türkiyə və İsrail arasında münasibətlərdə gərginlik yaranmışdır. İsrail reydin beynəlxalq səviyyədə qınanmasından sonra blokadanı zəiflətməli olmuşdu. Türkiyə Xarici İşlər naziriliyi nəticələrdən dəhşətə gəldiyini və narahatlıq keçirdiyini bildirib. Türkiyənin özünün bu gün açıqladığı ilkin təhqiqatında göstərilir ki, İsrail hərbi qüvvələri reyd zamanı ifrat gücdən istifadə edib.

XS
SM
MD
LG