Accessibility links

Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzaya hava hücumları nəticəsində 2 nəfər həlak olub.

Münaqişənin 49-cu günü İsrail iki məsçid daxil edilməklə, Qəzzaya qarşı havadan 16 zərbə endirib.

İyul ayından başlayan döyüşlər nəticəsində 500-ü uşaq olmaqla, 2100-dən artıq fələstinli öldürülüb.

İsrailin 64 əsgəri və 4 mülki vətəndaşı qarşıdurmaların qurbanı olub.

İsrailin baş naziri münaqişənin sentyabradək uzana biləcəyi barədə xəbərdarlıq verərək, Qəzza əhalisini Həmasın fəaliyyət göstərdiyi bölgələri tərk etməyə çağırıb.

Benyamin Netanyahu İsrail ordusunun hədəfinin Həmasın istifadə etdiyi bölgələr olduğunu deyib.

XS
SM
MD
LG