Accessibility links

İsrail hərbi qüvvələri Colan yüksəkliklərində nümayişçilərə atəş açıb (YENİLƏNİB)

  • Amerikanın səsi

İsrail hərbi qüvvələri Colan yüksəkliklərində nümayişçilərə atəş açıb (YENİLƏNİB)

İsrail hərbi qüvvələri Colan yüksəkliklərində nümayişçilərə atəş açıb (YENİLƏNİB)

İsrail silahlı qüvvələri Colan yüksəkliklərində atəşkəs xəttində Suriya tərəfdən toplaşan Fələstin tərəfdarı nümayişçilərə atəş açıb. Suriya televiziyası 14 nümayişçinin öldüyü, onlarla insanın yaralandığı haqda məlumat verib. Onalrın arasında bir qadın və bir uşaq olduğu deyilir.

lİsrail silahlı qüvvələri Suriya rəsmilərini ölkə daxilində kütləvi nümayişçilərin dağıdılmasından diqqəti yayındırmaq üçün bu günkü insidenti qızışdırmaqda ittiham edib. İsrail ordusu yüzlərlə nümayişçi xəbərdarlıqlara əhəmiyyət verməyərək sərhəddə yaxınlaşan zaman atəş açmaqdan başqa bir seçimi olmadığını bildirib.

Nümayişçilərin aksiyası 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı İsrailin Colan yüksəklikləri, İordan çayının Qərb sahili, Şərqi Qüds və Qəzza zolağını ələ keçirməsinin 44-cü ildönümü ilə əlaqədar olub.

XS
SM
MD
LG