Accessibility links

BMT-nin insan haqları üzrə rəsmisi İsrail və Həması müharibə cinayətlərində ittiham edib.

Navi Pillay deyib ki, İsrailin evlər, məktəblər və BMT sığınacaqlarına qarşı hücumları beynəlxalq qanunların pozulması deməkdir. O, beynəlxalq ictimaiyyətin belə bir cavabdehsizliyi qəbul edə bilməyəcəyini bildirib.

Navi Pillay Həması İsrail ərazilərini raket hücumlarına tutmaqda və BMT sahələrindən istifadə etməkdə günahlandırıb.

BMT-nin tənqidlərinə baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs və ya atəşkəssiz yaraqlıların istifadə etdiyi tunellərin məhv ediləcəyini bildirib.

İsrailin müdafiə rəsmiləri Həmasın bütün tunnellərinin bir neçə gün ərzində dağıdılacağını bəyan edib.

Hazırda Hindistanda olan ABŞ dövlət katibi Con Kerri deyib ki, İsraillə Həmas arasında atəşkəs əldə ediləcəyinə söz vermək mümkün deyil, lakin ABŞ buna nail olacağına ümid edir.

İsrailin iyulun 8-də başlatdığı hərbi kampaniyası 1300 fələstinli, 56 İsrail əsgəri və 2 israilli mülki vətəndaşın həlak olması ilə nəticələnib.

XS
SM
MD
LG