Accessibility links

İsrail İran gəmilərinin Süveyş kanalından keçmək planlarına ciddi yanaşır


İsrail İran gəmilərinin Süveyş kanalından keçmək planlarına ciddi yanaşır
İsrail İran gəmilərinin Süveyş kanalından keçmək planlarına ciddi yanaşır

İsrail İranın Misirdə Süveyş kanalı vasitəsilə iki hərbi gəmini Aralıq dənizinə göndərmək planlarını ciddi qəbul etdiyini bildirib. Baş nazir Benyamin Netanyahu bu gün kabinetin iclasında deyib ki, İranın hərbi gəmilərinin Süveyş kanalı vasitəsilə keçməsi İranın qeyri-sabitlik dövründə regionda öz nüfuzunu artırmağa çalışması kimi qiymətləndirilə bilər. Suriyaya yollanan İran gəmilərinin bazar ertəsi Süveyş kanalından keçəcəyi gözlənilir. İran gəmiləri 1979-cu ildə İslam İnqilabından sonra ilk dəfə olaraq Süveyş kanalından keçəcək.

XS
SM
MD
LG