Accessibility links

İsrailin müdafiə naziri and içərək vəzifəsinin icrasına başlayıb


İsrailin yeni müdafiə naziri, ifrat-sağçı, millətçi siyasətçi Aviqdor Libermanın andiçmə mərasimi oldu. İsrailin bəzi siyasətçiləri hökumətin ifrat siyasi kurs götürəcəyini deyir.

Koalisiya hökumətinin bir hissəsi olan Liberman İsrailin ifrat-sağçı " Yisrael Beitneu" partiyasının üzvüdür. O, ölkənin xarici işlər naziri də olmaqla, bir neçə yüksək vəzifədə çalışıb.

Fələstinlilərin mövqelərini bombalamaq kimi anti-ərəb çağırışları ilə tanınan Liberman bununla belə baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə iki dövlətin yaradılması fikri ilə razı olduğunu deyir.

"Mən bu fürsətdən istifadə edərək demək istəyirəm ki, mən həmişə olduğu kimi fələstinlilər və digər qonşularımızla sülhün bərpası məsələsinə sadiq qalırıq. Ərəb sülh təşəbbüsü fələstinlilərlə konstruktiv danışıqların aparılmasına kömək edəcək bəzi müsbət elementləri özündə birləşdirir. Biz ərəb dövlətləri ilə bu təşəbbüsə dəyişiklikləri müzakirə etmək niyyətindəyik. Burada 2002-ci ildən regionda baş vermiş mühüm dəyişiklər əks etdirilməlidir, lakin razılışdırılmış əsas məqsəd olan iki xalqın iki dövləti prinsipi dəyişməz qalmalıdır" deyə, cənab Netanyahu bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG