Accessibility links

Qətli intiqam olduğundan şübhələnilən və Qüdsün şərqində iki gün davam edən etirazlardan sonra fələstinli gəncin dəfn mərasimi keçirilib. Mərasimə minlərlə insan toplaşıb.

Etirazçılarla polis arasında qarşıdurma olub.

İsrail polisi ərəblərin Şuafat məhəlləsində keçiriləcək dəfn mərasimindən sonra daha çox iğtişaşların baş qaldıracağından ehtiyat edərək, hazır vəziyyətə gətirilmişdi.

Məhəmməd Əbu Xudairin cəsədi çərşənbə günü oğurlanmasından 4 saat sonra Qüds meşəsində aşkar edilib.

İsrail rəsmiləri fələstinli gəncin qətlinin üç israilli yeniyetmənin öldürülməsinə cavab olub-olmadığı ilə bağlı istintaq aparıldığını bildirib.

16 yaşlı yeniyetmənin atası Hüseyin Əbu Xudair üzərində İsrail tərəfindən təhqiqat aparılan oğlunun cəsədinin hələ də ona qaytarılmadığını deyib.

XS
SM
MD
LG