Accessibility links

İsrail dünya qüdrətlərini İrana təzyiqləri artırmağa çağırır [Video]


İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı Cenevrədə üçüncü görüşdən əvvəl dünya qüdrətlərini bu ölkəyə təzyiqləri gücləndirmək çağırışlarını davam etdirir.

Cənab Netanyahu İsrailə səfər edən Fransa prezidenti Fransua Ollanda İranla bağlı anlaşma layihəsinin çox zəif olduğunu bildirib. “Razılıqla bağlı layihənin yalnız İranın xeyrinə, dünyanın digər ölkələrinin zərərinə olduğu aydındır. İranla belə bir razılıq əldə edilməsi dünya üçün kabusdur. Səbrlə və tələsmədən daha yaxşı razılıq əldə etmək olar. Bu,isə təzyiqin artırılması deməkdir.”

Cənab Netanyahu İran nüvə proqramını açıqlamayınca bu ölkəyə qarşı sanksiyaların davam etdirilməsini istəyir. Lakin İran atom bombası istehsal etdiyini inkar edir.

Milli Təhlükəsizlik Araşdırmaları İnsitutundan təhlilçi İfraim Askulai bunun problemin yalnız bir hissəsi olduğunu deyir. “Dünya iki yerə ayrılıb, onların bir hissəsi iranlılara inanır, digər hissəsi isə inanmır.”

İsraillilərin çoxu İranın müzakirələrin uzadılmasını istədiyini düşünür. Milli Təhlükəsizlik Araşdırmaları İnsitutunun direktoru Amos Yadlin deyir ki, tez bir zamanda bomba istehsal etmək İran üçün prioritet deyil. “İranlılar daha ağıllıdırlar. Onlar bombanı elə ahənglə istehsal edəcəklər ki, kəskin reaksiya doğurmasınlar.

Qərb müzakirəçiləri İranın nüvə proqramını dondura biləcək və danışıqlara etimad qazandıracaq müvəqqəti razılıq əldə edilməsini istəyirlər. İfraim Askilai belə razılığın tez bir zamanda əldə edilməli olduğunu deyir. “Hazırda bu razılıq əldə edilməsə, bu, iranlıların vaxt qazanması demək olacaq və bu onunla nəticələnə bilər ki, İran bütün dünyaya “baxın, bizim imkanlarımız var, ya bundan istifadə edin, ya da bizi rahat buraxın.”

Cənab Netanyahu razılıq əldə edilməsini istədiyini, lakin o, bu razılığın güclü bir razılıq olmasını istədiyini deyir. Təhlilçi bunun iki variantının mümkün olduğunu deyir. “2014-cü ildə bizim qarşımızda iki alternativ dura bilər. Bunlardan biri İranın bombası, digəri isə İranı bombalamaq. Biz bunlardan heç birini istəmirik!."


İsrail təhlilçiləri razılıq əldə edilməsi üçün İrana qarşı təzyiqlərin həddən artıq gücləndirilməli olduğunu, razılıq əldə edilmədiyi təqdirdə isə çıxış yolunun İranı vurmaq olduğunu deyirlər.
XS
SM
MD
LG