Accessibility links

ABŞ prezidenti İsrailin baş naziri ilə görüşüb [Yenilənib]


Birləşmiş Ştatlar prezidenti Barak Obama Yaxın Şərqdə dalana dirənmiş sülh danışıqları ilə bağlı bu gün Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Cənab Obama Israilin baş nazirinə hər iki tərəf kompromisə getdiyi təqdirdə iki dövlətin, həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasının mümkün ola biləcəyini deyib.

Cənab Netanyahu isə israillilərin onun mövqeyində möhkəm dayanacağına və xeyirli olan razılıq əldə edəcəyini gözlədiklərini bildirib. O, İsrailin sülhün bərpası üçün öz üzərinə
düşəni etdiyini, lakin fələstinlilərin bunu etmədiyini deyib.

Cənab Obama bu yaxınlarda verdiyi müsahibə zamanı İsrail liderini fürsətdən istifadə edərək, Fələstinlə barışığa və İsraillə yan-yana Fələstin dövlətinin yaranması ilə bağlı razılığa çağırıb. Cənab Netanyahu isə İsrail televiziyası ilə çıxışında razılıq əldə edilməsini istədiyini, lakin bu razılığın, onun sözləri ilə "yaxşı" razılıq olmalı olduğunu deyib və əlavə edib ki, heç bir təzyiqə yol verməyəcək.

Cənab Obama mart ayının 17-də Ağ Evdə Fələstin lideri Magmud Abbasla görüşməyi planlaşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG