Accessibility links

Vəzifəsinin icrasına başlayandan bəri yəhudi dövlətinə ilk dəfə səfər edən ABŞ prezidenti Barak Obama İsraillə Amerikanın həmişəlik bir alyansda olacağını deyib.

Ben-Qurien aeroportunda etdiyi qısa çıxışında cənab Obama deyib ki, onun İsrailə səfərinin məqsədi iki ölkə arasında əlaqələrin qırılmaz olduğunu bir daha təsdiq etməkdir. Cənab Obama onu da əlavə edib ki, o, İsrail və onun qonşuları ilə bu müqəddəs torpaqlarda sülhün bərqərar olmalı olduğunu demək istəyir.

Birləşmiş Ştatlar prezidentini aeroportda İsrailin baş naziri Benyamin Netanyahu və prezident Şimon Peres qarşılayıb. Cənab Natanyahu İsrailin hüquqlarını qoruyacağı və hər-hansı təhlükəyə cavab verəcəyi barədəki fikirlərini dəstəklədiyinə görə cənab Obaya təşəkkürünü bildirib.
XS
SM
MD
LG