Accessibility links

İsrailin sabiq baş naziri Ehud Olmert həbsxanaya göndərildi


İsrailin sabiq baş naziri Ehud Olmert bu gündən etibarən 19 aylıq həbs cəzasını həbsxanada keçirəcək.

Cənab Olmert barmaqlıqlar arxasına salınan İsrailin ilk sabiq baş naziridir. Hələ Qüdsün meri olarkən rüşvət və daşınmaz əmlak qalmaqalına görə ona qarşı cinayət işi açılmışdı. Həbsxanaya aparılmazdan əvvəl cənab Olmert yenə də günahsız olduğunu dedi. "Mən heç zaman rüşvət almamışam" deyə, cənab Olmert bildirdi.

Buna baxmayaraq, Ehud Olmert Qüdsdə lüks mənzil kompleksinin tikintisinə yardım məqsədilə təxminən 130 min dollar məbləğındə rüşvət almaqda ittiham edilir.

Sabiq baş nazir isə səhvlərə yol verdiyini, lakin heç bir cinayət işi törətmədiyini bildirib. "Mən ittihamları ürək ağrısı ilə qəbul edirəm, çünki heç kəs qanun qarşısında dura bilməz" deyə cənab Olmert bildirib.

Cənab Olmert həbs edilən İsrail rəsmilərindən sonuncusudur. Onların arasında 7 yaşlı uşağı zorlayan, İsrailin sabiq prezidenti Moşe Katsav da var.

Bütün bu qalmaqallar israillilərin səs verdikləri rəsmilərə inamlarını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG