Accessibility links

İsraillilər və fələstinlilər Fələstin dövlətinin BMT-də tanınması məsələsini müzakirə edir

  • Amerikanın səsi

İsraillilər və fələstinlilər Fələstin dövlətinin BMT-də tanınması məsələsini müzakirə edir

İsraillilər və fələstinlilər Fələstin dövlətinin BMT-də tanınması məsələsini müzakirə edir

Fələstin qrupları arasında məsələ ilə bağlı fikir ayrılıqları var, İsrailin etirazı isə vəziyyəti daha da gərginləşdirir

İsraillilər və fələstinlilər bu həftə Fələstin liderlərinin Nyu-Yorkda Fələstin dövlətinin BMT-də tanınması istiqamətində apardıqları fəaliyyətləri diqqətlə izləyir.

İordan çayının Qərb sahilində Ramallah şəhərində bazara gələn insanların müzakirə etdiyi əsas mövzu BMT-də Fələstin dövlətinin tanınması məsələsidir.

Sabah Rajah deyir ki, Fələstin dövlətinin tanınması onun həyatda ən böyük arzusudur. “Dövlətin tanınması ilə hər şey, insanların davranışı, keçid-yoxlama məntəqələri, Fələstin ərazilərinin işğalı kimi məsələlərdə dəyişiklik olacaq və bizim həyatımız daha yaxşı olacaq.”

Mağaza sahibi Fərid Zaban deyir ki, fələstinlilər və israillilər uzun müddətdir danışıqlar aparır, lakin bunun bir nəticəsi olmayıb.

“Biz onlardan bizim dövlətimizi tanınmasını istəyirdik. Lakin biz təkcə ad deyil, əsl dövlət istəyirdik. Hazırkı Fələstin Muxtariyyəti əsl dövlət deyil. Əslində azad deyil. Heç bir şeyə nəzarət edə bilmir, nə keçid məntəqələrinə, nə səmaya, nə yerə.”

Fələstin liderləri İsraillə sülh danışıqlarında inkişafın olmamasına təəssüf edir. Onlar ümid edir ki, Fələstin dövlətinin BMT səviyyəsində tanınması onların mövqeyini möhkəmlədəcək.

Lakin Qüdsün küçələrində başqa əhval-ruhiyyə var. Şəhər sakini Yakov Hadani hesab edir ki, bu addım danışıqlara zərər vuracaq. “Danışıqlarda iki tərəf olmalıdır. Fələstinlilər bizim əvəzimizə dünya ilə danışıqlar apara bilməz.”

22 yaşlı Assaf Haberin İsrail ordusunda dostları var. O qorxur ki, bu addım zorakılığın artmasına gətirib çıxara bilər. “Onların dövlətinin yaradılmasının vaxtı çatıb. Uzun müddət işğal altında qalan insanların öz ölkəsi olmasına haqqı var. Amma bunun yolu belə olmamalıdır. İki tərəf arasında əməkdaşlıq olmalıdır, bu, birtərəfli addım ola bilməz.”

Hibri universitetinin professoru Yakov Bar Siman-Tov deyir ki, BMT-nin qətnaməsi Fələstin ərazilərinə bir yenilik gətirəcək.

“Gözləntilər və nəticələr arasında fərq ola bilər. Onlar az bir vaxtdan sonra əslində heç bir şey qazanmadıqlarını başa düşəcəklər. Bu, yaxşı qətnamə idi, bəs sonra?”

Bar Simon-Tov deyir ki, addım nümayişlər və mümkündür zorakılıqlara, İsrailin sanksiyalar tətbiq etməsinə gətirib çıxara bilər. Ya da yenidən danışıqlara qayıtmaqla nəticələnə bilər.

Ramallahda təhlilçi Hani Əl-Masri deyir ki, Mahmud Abbasın başçılıq etdiyi Fələstin Muxtariyyəti BMT-yə üz tutub, lakin başqa taktiki vasitələrdən də istifadə edə bilər. “Bu seçim yeni strategiyanın bir hissəsi ola bilər, özü-özlüyündə strategiya ola bilməz. Bu seçimi bəyənənlər, Abbasın birgə dinc müqavimət, İsrailin boykot edilməsi və Ərəb dünyasının dəstəyinin qazanılması kimi başqa seçimlərə üz tutmasını istəmirlər.”

Fələstinlilərin özləri arasında məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur. Fətah qrupu Fələstin dövlətinin tanınmasını dəstəkləyir. Qəzza zolağına nəzarət edən rəqib Həmas isə bu addıma qarşı çıxaraq, bununla İsrailin legitimləşdiyini deyir. İsrailin məsələyə etirazı gərginliyi daha da artırır.

XS
SM
MD
LG