Accessibility links

İsrail xarici işlər naziri Fələstin dövlətinin tezliklə yaradılacağını mümkün hesab etmir


Aviqdor Libermanın sözlərinə görə, 2012-ci ilə qədər müstəqil Fələstin dövlətinin yaradılması mümkün olmayacaq

Israilin xarici işlər naziri Aviqdor Liberman deyib ki, gələn iki il ərzində müstəqil Fələstin dövlətinin yaradılması mümkün olmayacaq.

Libermanın sözlərinə görə, o, nikbin bir şəxsdir, lakin beynəlxalq vasitəçilərin məqsəd kimi qarşıya qoyduğu 2012-ci ilə qədər Fələstin dövlətinin yaradılmasını mümkün hesab etmir.

Liberman bu açıqlamaları ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçelin tərəflər arasında vasitəli sülh danışıqlarının növbəti raundunu keçirmək üçün regiona səfərindən öncə verib.

Fələstin muxtar idarəsinin sözçüsü açıqlamaları tənqid edərək, Libermanın beynəlxalq sülh səylərinə etinasız yanaşdığını deyib.

XS
SM
MD
LG