Accessibility links

Fələstinlilər məhbusların mübadiləsinə hazırlaşır

  • Amerikanın səsi

Fələstinlilər Həmas və İsrail arasında razılığı alqışlayır

Fələstinlilər Həmas və İsrail arasında razılığı alqışlayır

Fələstinlilərin Həmas qrupunun üzvləri İsrail əsgərinin qaytarılması planının detallarını müzakirə etmək üçün Misirin kəşfiyyat orqanlarının işçiləri ilə görüşüb. Görüş bu gün Qahirədə baş tutub. Həmas 2006-cı ildən girov saxlanan Gilad Şaliti çərşənbə günü təhvil verməyə hazırlaşır. Şalit İsrail və fələstinlilər əsgərin azad edilməsi müqabilində 1027 fələstinli məhbusun azadlığa buraxılması haqda razılıq əldə edib. Misir prosesin gerçəkləşdirilməsində tərəflərə yardım göstərir. Plana əsasən, fələstinlilər Şaliti Misrə ötürəcək, rəsmi Qahirə isə onu sonradan İsrail rəsmilərinə təhvil verəcək. Eyni zamanda, İsrail 477 fələstinli məhbusu azad edəcək, məhbusların qalan hissəsi isə iki ay müddətində azadlığa buraxılacaq.

XS
SM
MD
LG