Accessibility links

İsrail əsgərinin azad edilməsi üçün Həmasla danışıqlar yenidən başlayıb

  • Amerikanın səsi

İsrail əsgərinin azad edilməsi üçün Həmasla danışıqlar yenidən başlayıb

İsrail əsgərinin azad edilməsi üçün Həmasla danışıqlar yenidən başlayıb

İsrailin baş naziri Benyamin Netanyahu Həmas qrupunun saxladığı İsrail əsgərinin azad edilməsi səylərinə yenidən başlanıldığını bildirib. O bu gün İsrailin mətbuat üzvlərinə deyib ki, 24 yaşlı Gilad Şalitin azad edilməsi səylərində vasitəçilik etmək və bu istiqamətdə hər iki tərəflə iş aparmaq üçün Almaniyadan regiona nümayəndə gəlib. Cənab Netanyahu bu açıqlamanı İsrailin Həmasın nəzarətində olan Qəzza zolağında iki fələstinlinin ölümülə nəticələnmiş raket hücumundan bir neçə saat sonra verib. Həmas yaraqlı qrupu Şaliti 2006-cı ildə Qəzza sərhəddi yaxınlığında saxlayıb. Qrup əsgərin azad edilməsi müqabilində 1000 nəfər fələstin məhbusunun azadlığa buraxılmasını tələb edib.

XS
SM
MD
LG