Accessibility links

İsrail fələstinlilərə təktərəfli addımlar atmamaq barədə xəbərdarlıq edib

  • Amerikanın səsi

İsrail fələstinlilərə təktərəfli addımlar atmamaq barədə xəbərdarlıq edib

İsrail fələstinlilərə təktərəfli addımlar atmamaq barədə xəbərdarlıq edib

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılması istiqamətində təktərəfli addımlar atmamaq barədə fələstinlilərə xəbərdarlıq edib. Yəhudi yaşayış məntəqələrinin inşasına görə sülh danışıqlarının durğunluq vəziyyətinə düşdüyü bir şəraitdə fələstinlilər İsraili ötərək BMT Təhlükəsizlik Şurasından Fələstin dövlətinin yaradılmasını təsdiq etməsini istəyəcəkləri ilə hədələyir. Bu gün Nazirlər kabinetinin iclasında danışan baş nazir Netanyahu belə bir addımın qəbuledilməz olduğunu deyib. O bidlirib ki, fələstinlilərin danışıqlardan təkbaşına çıxması səyləri real deyil və sülh prosesinə zərər vuracaq. Lakin Fələstinlilərin sözçüsü Hüsam Zomlot deyib ki, İsrail yəhudi yaşayış məntəqələrinin inşasını genişləndirməyə davam etsə, danışmaq üçün əsas yoxdur.

XS
SM
MD
LG