Accessibility links

İsrailin təhlükəsizlik orqanlarının keçmiş rəhbərləri yeni sülh təşəbbüsü irəli sürüb


İsrailin təhlükəsizlik orqanlarının keçmiş rəhbərləri yeni sülh təşəbbüsü irəli sürüb
İsrailin təhlükəsizlik orqanlarının keçmiş rəhbərləri yeni sülh təşəbbüsü irəli sürüb

İsrailin təhlükəsizlik orqanlarının keçmiş rəhbərlərinin də daxil olduğu ekspertlərdən ibarət bir qrup paytaxtı Şərq Qüds olmaqla Fələstin dövlətinin yaradılmasına dair yeni sülh planını irəli sürüb. Sülh planında İsrailin qarşılıqlı razılaşmaya əsasən əldə edilmiş torpaq dəyişdirilməsi müqabilində öz qüvvələrini 1967-ci ildə işğalı etdiyi İordan çayının Qərb sahili və Qolan Yüksəkliklərindən çıxarması nəzərdə tutulur. Burada həmçinin İsrailin qaçqınlara müavinət ödəməsi və onların Fələstin dövlətinə qayıtmasına imkan verməsinə çağırılır. Bunlar keçən il dalana dirənmiş İsrail-Fələstin sülh danışıqlarında uzun müddətdir əsas şərtlər kimi göstərilir. İsraillilərin bu həftə açıqladığı plan 2002-ci ildə Səudiyyə Ərəbistanının irəli sürdüyü təşəbbüsə əsaslanır. Obama administrasiyası təşəbbüsü alqışlayıb.

XS
SM
MD
LG