Accessibility links

Bu gün İsraillə Qəzza zolağı arasında atəşkəsin ilk günüdür. İsrail ordusu nə Qəzzadan İsrail ərazilərinə raket hücumları, nə də İsrailin Fələstin ərazilərinə hava hücumları həyata keçirmədiyini bildirib.

Atəşkəs 50 gün davam edən müharibədən və əsasən mülki vətəndaşlar olmaqla, 2100-dən çox fələstinlinin ölməsindən sonra, çərşənbə axşamı gecə qüvvəyə minib. İsrail tərəfdən isə beşi əsgər olmaqla, 69 nəfər ölüb.

Misirin vasitəçiliyi ilə əldə edilən razılıqda atəşkəslə yanaşı, Qəzzanın blokadasının yüngülləşdirilməsi də nəzərdə tutulub ki, buraya bölgəyə humanitar yardım və tikinti materiallarının gətirilməsi daxildir.

XS
SM
MD
LG