Accessibility links

Qərb İsrailin inşaat planına etiraz edir


Britaniya, İsveç, ispaniya və Danimarka İsrailin mübahisəli ərazilər barədəki qərarı ilə bağlı İsrailin səfirlərinə etirazını bildirib.

İsrail isə planını beynəlxalq təzyiqlərə baxmayaraq dəyişməyəcəyini deyir.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail öz maraqlarından dönməyəcək və alınan qərar dəyişdirilməyəcək.

İsrail artıq qeyri-mümbit ərazilərdə yəhudilər üçün 3 000 evin inşası barədə qərarı təsdiq edib. Bununla İsrail İordan çayının qərb sahili ilə Şərqi Qüdsü birləşdirməyi planlaşdırır.

Britaniya və Fransa Birləşmiş Ştatlar və BMT-nin baş katibi Pan Gi Mun İsraili bu planından əl çəkməyə çağırmasından sonra bu çağırışlara qoşulub. Cənab Pan İsrailin bu planını "ölümcül zərbə" adlandıraraq, bunun İsraillə Fələstin arasında sülhün bərqərar edilməsinə mane olacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG