Accessibility links

Qüdsdə iki müxtəlif bıcaqlanma hadisəsi zamanı iki hücumçu qətlə yetirib


İsrail polisi Qüdsdə iki müxtəlif bıcaqlanma hadisəsi zamanı iki hücumçunu güllələyərək qətlə yetirib. Bu, fələstinlilərin İsrail əsgərləri və mülki vətəndaşlara qarşı son bıcaqlama hadisələridir.

Hücumçulardan biri İsrailin təhlükəsizlik işçisini bıcaqlamağa cəhd göstərərkən, digəri isə avtobus dayanacağında bir qadına hücum edərkən öldürülüb.

Zorakılıqlar İsrailin yüzlərlə əsgərdən ibarət hərbi qüvvəsini şəhərlərə yerləşdirdiyi vaxta təsadüf edir.

Fələstinlilər tərəfindən bıçaq və odlu silahla hücumların qarşısını almaq üçün bu gün yüzlərlə İsrail həbiçisi polisə yardıma qatılıb.

Ölkənin baş naziri Benyamin Netanyahu bu gün səhər Kabinet yığıncağında Qüdsdə baş verənlərə polisin son qoymalı olduğunu deyib.

Son zamanlar baş verən hücunların çoxu Qüdsün ərəb məhəllələrində həyata keçirilib. Lakin Qüdsün şərqində və İordan çayının qərb sahilində baş alıb gedən hücumlar İsrailin başqa bölgələrinə də yayılmağa başlayıb.

Netanyahu osfisinin açıqladığı bəyanatda deyilir ki, hökumət hücumçuların ölkədə daimi yaşayış hüququnu ləğv və əmlakları müsadirə edəcək.

XS
SM
MD
LG