Accessibility links

İsrail rəsmilərinin bildirdiyinə görə, İsrail ərazisinə dörd raket atıldıqdan sonra İsrailin hərbi təyyarəsi Qəzza Zolağındakı hədəflərə hücum edib. İsrailin bu gün səhər tezdən həyata keçirdiyi hücumların raketlərin atıldığı nöqtələrə və silah ambarına edildiyi deyilir. İsrail və Fələstin mənbələri hücumlar zamanı xəsarər alanların olmadığını bildirib.

Qəzza Zolağında İsrailə raket hücumları keçən ilin noyabr ayından, çox sayda ölümlə nəticələnən qarşıdurmadan sonra xeyli azalıb. Hadisədən əvvəl İsrail demək olar ki, hər gün raket atəşinə məruz qalırdı.
XS
SM
MD
LG