Accessibility links

Şərqi Qüdsdə polislə fələstinlilər arasında insident baş verib


İsrail polisi Şərqi Qüdsdə avtomobili onların üzərinə sürməyə cəhd göstərən hücumçuya atəş açıb.

Rəsmilər Şufat qaçqın düşərgəsi yaxınlığında baş verən insident zamanı sürücünün öldürüldüyünü, yanındakı sərnişinin isə yaralandığını bildirib.

Keçən ildən bəri bölgədəki zorakılıqlar səbəbi ilə 200-dən çox fələstinli və 34 israilli həyatını itirib.

İsrail zorakılıqların Fələstinin siyası və dini liderlərinin apardığı təhrik kampaniyası səbəbi ilə baş verdiyini bildirir.

Fələstinlilər isə zorakılıqların əsas səbəbinin torpaqların on illərdir işğal altında olması ilə əlaqədar narazılıqlarla bağlı olduğunu deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG