Accessibility links

İsrail və Həmas arasında səkkiz gün davam edən zorakılıqlar Misirin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs nəticəsində dayandırılıb

Fələstinlilər çərşənbə günü Misirin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsdən sonra İsrailin sərhəddə bəzi məhduiyyətləri aradan qaldırdığını bildirir.

Fələstinli balıqçılar İsrailin ərazidə məhduyyətləri aradan qaldırmasından sonra sahildən 7 kilometr məsafəyə qədər uzaqlaşa bildiklərini deyirlər. Əvvəl bu məsafə iki dəfə az idi. İsrail blokadanın silah qaçaqçılığının qarşısının alınması məqsədilə tətbiq edildiyini bildirir.

Şənbə günü Qəzzadakı məktəblər də yenidən açılıb. Məktəblər İsrail və Həmas arasında səkkiz gün davam edən zorakılıqların ilk günündən bəri bağlı idi. Zorakılıqlar nəticəsində 160 fələstinli və altı israilli qətlə yetirilib.
XS
SM
MD
LG