Accessibility links

İsrail prezidenti Şimon Peres israillilər və fələstinlilərin aralarındakı fikir ayrılıqlarına son qoyub sülh əldə etməsinin mümkün olduğunu deyib.

O bu açıqlamanı bazar günü Dünya İqtisadi Forumunda iştirak etmək üçün İordaniyada olduğu zaman verib. Cənab Peres birliyə nail olunması imkanının əldən verilməsinin daha böyük problemlərə gətirib çıxara biləcəyini deyib. İsrail prezidenti bu məqsədə nail olmaq üçün uzun vaxtın tələb olunmadığını bildirib.

ABŞ Dövlət katibi Con Kerri israillilər və fələstinlilərin sülh danışıqlarına yenidən başlamaq üçün “çətin qərarlar” verməli olduqlarını deyib. Con Kerri son dörd ay ərzində Yaxşn Şərqə üç dəfə səfər edib.

Keçən həftə İsrail və Fələstin rəsmiləri ilə ayrı-ayrı keçirdiyi görüşlər zamanı dövlət katibi Kerri tərəfləri sülh danışıqlarını qey-şərtsiz bərpa etməyə çağırıb. Yaxın Şərq sülh danışıqları dörd ildir durğunluq vəziyyətindədir.
XS
SM
MD
LG