Accessibility links

Yüksək rütbəli Ərəb Liqasının Vaşınqtonda səfərdə olan nümayəndə heyəti İsraillə Fələstin arasında ərazi mübadiləsi barədə danışıqları dəstəkləyib.

Qətərin baş naziri ilə dünən Blair qonaq evində görüşündən sonra ABŞ dövlət katibi Con Kerri 2002-ci ildən davam edən Ərəb Liqasının sülh təşəbbüsünü dəstəkləyib.

Baş nazir Şeyx Hamad Bin Jassem Əl-Tani öz növbəsində nümayəndə heyətinin iki tərəfin müqayisəli və kiçik ərazi mübadiləsi planını alqışlayıb.

Şeyx Hamad Bin Jassem Əl-Tani Ərəb Liqasının on illərllə aparılan sülh təşəbbüsünün modifikasiya olunmuş variantını təmsil edir.

Bu təşəbbüs İsraili 1967-ci ildə Yaxın Şərq müharibəsində zəbt etdiyi ərazillərdən çıxmağa çağırıb.
XS
SM
MD
LG