Accessibility links

İsrailin müdafiə naziri Ehud Barak böyük siyasətdən getdiyini elan edib. O, yanvar ayında seçkilərə qatılmayacağını, lakin yeni hökumət təşkil edilənə qədər vəzifəsində qalacağını bildirib.

İsrailin keçmiş baş naziri olmuş 70 yaşlı Ehud Barak siyasi fəaliyyətdən yorulduğunu və ailəsi ilə daha çox vaxt keçirmək istədiyini deyib. Bu gözlənilməz addım atan müdafiə naziri habelə rəhbər vəzifələrdə çalışmaq üçün digər şəxslərə imkan yaratmaq istədiyini də əlavə edib.

Baş naziri Benyamin Netanyahu Ehud Barakın qərarına hörmət etdiyini və onun ölkənin təhlükəsizliyinə verdiyi töhfələrə yüksək qiymət verdiyini bildirib.

Ehud Barak cənab Netanyahunun yaxın müttəfəqi olub, lakin ABŞ-ın İsrailin İranla bağlı strategiyasına dəstəyi məsələsində fikir ayrılıqlarına görə onlar arasında münasibətlərdə gərginlik yaranıb.
XS
SM
MD
LG