Accessibility links

Israilin baş naziri ölkədə iqtisadi durumla bağlı danışıqlar aparılmasını təklif edir


Israilin baş naziri ölkədə iqtisadi durumla bağlı danışıqlar aparılmasını təklif edir
Israilin baş naziri ölkədə iqtisadi durumla bağlı danışıqlar aparılmasını təklif edir

İsrailin baş naziri Benyamin Netanyahu hökumətin yaşayış səviyyəsinin yaxşılaşdırılması tələbilə böyük nümayişdən sonra bu gün ölkədə iqtisadi vəziyyətlə bağlı atılacaq addımları açıqlayıb. Cənab Netanyahu Nazirlər kabinetinin iclasında nümayişçilərlə danışıqlar aparmaq üçün komitə yaradıldığını bildirib. Şənbə günü Qüds, Tel-Əviv və başqa böyük şəhərlərdə yüksək ərzaq, yanacaq və ev qiymətlərinə etiraz olaraq təxminən 100 min insanın iştirak etdiyi nümayişlər keçirilib. Yüksək qiymətlər ölkədə varlılar və yoxsullar arasında böyük fərqin yaranmasına gətirib çıxarmışdır. Nümayişçilər hökumətin vergiləri azaltmasını, evlər üçün subsidiyların ayrımasını və qiymətlərin endirilməsini tələb ediblər. Cənab Netanyahu açıqlamaları İsrailin Maliyyə nazirinin istefa verməsi ilə bir vaxta təsadüf edir.

XS
SM
MD
LG