Accessibility links

İsrail Qəzza zolağına hücumlarını intensivləşdirib [Fotoqalereya]


İsrailin Fələstin ərazilərinə qurudan hücumlarının ikinci günü hərbi təyyarələr, tanklar və gəmilərdən istifadə edərək, Qəzza zolağına doğru irəliləyib.

Fələstinin səhiyyə rəsmiləri İsrailin yaraqlıların istifadə etdiyi tunelləri hədəf alan qurudan hücumlara başlamasından bəri Qəzzanın azı 21 sakininin həlak olduğunu deyib.

İsrail ordusu bu gün səhər tezdən Qəzza zolağını nəzarətində saxlayan Həmas yaraqlıları ilə döyüşlər zamanı iki əsgərinin öldürüldüyünü bildirib.

Keçən gecə İsrail ordusunun Tvitterlə paylaşdığı məlumatda 14 yaraqlının öldürüldüyü, raketlərin atıldığı 20 mövqeyin məhv edildiyi, tunellərdən doqquzuna zərbələr endirildiyi, ümumiyyərlə terrorçuların 109 hədəfinin nişan alındığı bildirilib.

Bu gün Ağ Evdə danışan ABŞ prezidenti Barak Obma bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahuya heç bir ölkənin sərhədlərindən raket hücumlarını qəbul etməyəcəyini deyib. O, Netanyahu ilə telefon söhbəti zamanı qurudan əməliyyatların Həmas yaraqlılarının istifadə etdiyi tunellərin dağıdılması mahiyyəti daşıdını başa düşdüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG