Accessibility links

İsrail Qəzza Zolağına havadan hücumlar edib [Fotoqalereya]


Keçən gecə İsrail fələstinlilərin raket hücumlarının qarşısını almaq məqsədilə Qəzza Zolağı üzərində havadan onlarla reyd keçirib.

İsrailin Müdafiə naziri Moşe Yaalon yəhudi dövlətinin Qəzzada Həmas yaraqlılarına qarşı kampaniyaya hazır olduğunu deyib.

İsrail ordusunun bildirdiyinə görə, "hər kəsin müdafiəsi" adlanan əməliyyat zamanı evlər və raketlərin atılıdığı obyektlər də olmaqla, 50-yə yaxın mövqe hədəf alınıb.

Fələstin rəsmiləri hücumlar zamanı beş nəfərin öldüyünü, 9 nəfərin yaralandığını bildirib.

İsrail prezidenti Şimon Peres ölkəsinin İsrailə raket atan Həmasa cavb verməkdən başqa seçimi olmadığını deyib.

Həmasın sözçüsü fələstinlilərin İsrailə müqavimət göstərəcəyini bildirib.

İsrailin hərbi sözçüsü havadan və yerdən hücumların məqsədinin yaraqlıların raket hücumlarının qarşısını almaq üçün Qəzza Zolağının qurudan işğal edilə bilməsi olduğunu deyib.

Qəzza ilə sərhəddə İsrail tankları və zirehli maşınların toplaşdığı müşahidə edilib. Hərbi sözçü qurudan hücumlar üçün ehtiyat qüvvələrinin hazır vəziyyətə gətirildiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG