Accessibility links


İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ərazisi ilə İsrailin nəzarətində olan ərazini ayırmaq məqsədilə Qolan yüksəkliklərində səddin yaradılması təklifi ilə çıxış edib.

Bazar günü nazirlər kabinetinin iclasında danışan Netanyahu səddin Suriya ordusunun geri çəkildiyi və onun yerini cihad fəalları tutduğu üçün yaradılmalı olduğunu deyib.

İsrailin baş naziri həmçinin Suriyanın kimyəvi silahları ilə bağlı narahatlığını da ifadə edib.

Təklif edilmiş səddin Qolan yüksəkliklərində atəşkəs xətti boyu harada yerləşdiriləcəyi aydın deyil.

İsrail Qolan yüksəkliklərini 1967-ci ildə ələ keçirmiş və 1981-ci ildə ərazini ilhaq etmişdir. İsrailin bu addımı beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt tanınmamışdır.
XS
SM
MD
LG