Accessibility links

Rusiya İsrailin Suriyaya hücum ehtimalından narahatdır


Rusiya İsrailin Suriya sərhədləri daxilində həyata keçirdiyi ehtimal edilən hava hücumlarından narahatdır.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, təsdiqlənəcəyi təqdirdə belə addımlar BMT nizamnaməsini pozaraq suveren bir dövlətə qarşı "təhrik edilməmiş hücum" kimi qiymətləndiriləcək.

Suriya ordusu dünən dövlət televiziyasında açıqlanan bəyanatında İsraili Suriyada elmi araşdırma mərkəzinə hava hücumu həyata keçirməkdə və ölkənin hava sərhədlərini pozmaqda ittiham edib.

Suriya rəsmiləri isə deyir ki, İsrailin qırıcı təyyarələri Dəməşq yaxınlığındakı hərbi araşdırma obyektinə atəş açaraq iki nəfəri qətlə yetirib.

İsrail və Qərb mediası İsrailin hücumu fərqli bir məkanda, Suriya-Livan sərhədinə yaxın bir ərazidə həyata keçirdiyini bildirib.
XS
SM
MD
LG