Accessibility links

İsrail müdafiə naziri Suriyada hava hücumu ilə bağlı açıqlama verib



İsrailin Müdafiə naziri Ehud Barak Suriyaya hava hücumunu şərh edərək deyib ki, bu, İsrailin ağır silahların Livana aparılmasının qarşısını almaq məsələsində ciddiyini nümayiş etdirir. Ehud Barakın bu açıqlaması İsrailin ilk dəfədir əməliyyata görə məsuliyyət daşıdığına işarə etməsi kimi qiymətləndirilir.

İsrail reyd həyata keçiriləndən sonra rəsmi açıqlama verməyib. Lakin ABŞ və regional mənbələrə əsasən Suriyadan Livana raketdən müdafiə qurğuları daşıyan hərbi maşın konvoyu İsrailin təyyarəsi tərəfindən hücuma məruz qalıb. Avadanlıq Livanda belə görünür Hizbullah yaraqlı qrupu üçün nəzərdə tutulurdu.

Bazar günü Münhendə təhlükəsizliyə dair konfransda danışan Ehud Barak İsrailin hücuma görə məsuliyyəti birbaşa öz üzərinə götürdüyünü deməyib.

Suriya hökuməti İsrailin hərbi təyyarələrinin Dəməşq ətrafında yerləşən Camraya hərbi tədqiqat obyektinə hücum etdiyini bildirib.

Hücuma reaksiya verən Suriya prezident Bəşar Əl-Əsəd israilin Suriyada qeyri-sabitlik yaratmaqda ittiham edib və ölkənin hərbi qüvvələrinin təcavüzün qarşısını ala biləcəyini deyib.

Suriyanın müttəfiqləri olan İran və Rusiya, habelə Hizbullah qrupu İsrailin hücumunu pisləyib.
XS
SM
MD
LG