Accessibility links

İsraildə itkin düşən yeniyetmələrin cəsədləri tapılıb


İsrael teens
İsrael teens

İsrail mediasının bildirdiyinə görə, iyun ayının əvvəlində İordan Çayının Qərb Sahilində itkin düşən üç israilli yeniyetmənin cəsədləri əşkar edilib. Məlumatda deyilir ki, İsrailin Nazirlər Kabineti bununla bağlı bu gün təcili yığıncaq çağırıb.

İsrail Həmas qrupunun yeniyetmələri oğurladığını deyərək, qrupun yüzlərlə üzvünü həbs edib. Həmas isə oğurluqla heç bir əlaqəsi olmadığını deyib.

İsrailli 3 yeniyetmə iyun ayının 12-də məktəbdən çıxıb evə gedərkən Hibron şəhəri yaxınlığında itkin düşmüşdü. Məlumatda deyilir ki, yeniyetmələrin cəsədləri itkin düşdükləri yerin yaxınlığındakı Halhul kəndi yaxınlığında aşkar edilib.

XS
SM
MD
LG