Accessibility links

ABŞ və İsrail iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyir


Birləşmiş Ştatlar və İsrailin yüksək səviyyəli rəsmiləri keçən həftə Vaşqintonda prezident Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu arasında bağlı qapılar arxasında keçirilən görüşdən sonra iki ölkə arasında münasibətlərdə gərginliyin yarandığı haqda təsəvvürüı dəyişməyə çalışırlar

Birləşmiş Ştatlar və İsrailin yüksək səviyyəli rəsmiləri keçən həftə Vaşintonda prezident Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu arasında bağlı qapılar arxasında keçirilən görüşdən sonra iki ölkə arasında münasibətlərdə gərginliyin yarandığı haqda təsəvvürü dəyişməyə çalışırlar.

Ağ Evin baş müşaviri Deyvid Akselrod deyib ki, cənab Netanyahu və prezident Obama arasında görüş iki dost arasında işgüzar görüş olub və heç bir hörmətsizliyə yol verilməyib. Cənab Netanyahu bu gün kabinet üzvlərinə deyib ki, İsrail və ABŞ aralarında fikir ayrılıqlarını həll edə bilən müttəfiq və dostdurlar. O, İsrail qəzetində baş nazirə yaxın bir mənbənin prezident Obamanın İsrail üçün fəlakət olduğu haqda dediyi şərhləri izah etməməyə çalışıb. Baş nazir bu şərhlərin qəbuledilməz olduğunu deyib.

İsrail 1967-ci ildə işğal etdiyi şərqi Qüdsdə yaşayış məntəqələrinin inşasını dayandırmaqla bağlı ABŞ-ın təzyiqlərini rədd etmişdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG