Accessibility links

Fələstinlilər Netanyahu-Obama danışıqlarından narazıdır

  • Amerikanın səsi

Fələstin Azadlıq Təşkilatının İcraçı Komitəsinin üzvü Hanan Əşrəfi Vaşinqton durğunluq mərhələsində olan Yaxın Şərq sülh prosesinin Vaşinqton danışıqlarında belə görünür arxa plana keçməsilə bağlı narazılığını bildirib.

Fələstinlilərin yüksək səviyyəl nümayəndələri İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obama arasında Vaşinqtonda keçirilən danışıqlarda İsrail-Fələstin sülh prosesində yaranmış durğunluq məsələsinə kifayət qədər diqqət verilmədiyinə görə narazılıqlarını bildirib.

Fələstin Azadlıq Təşkilatının İcraçı Komitəsinin üzvü Hanan Əşrəfi Vaşinqton durğunluq mərhələsində olan Yaxın Şərq sülh prosesinin Vaşinqton danışıqlarında belə görünür arxa plana keçməsilə bağlı narazılığını bildirib. Hanan Əşrafi deyib ki, prezident Obamanın İsrailin baş naziri ilə görüşdən öncə verdiyi açıqlamalar Yaxın Şərqdə sülhün gələcəyi ilə bağlı baxışların öz əksini tapmadığını deyib. O bunu ABŞ-da prezident seçki kampaniyası ilə əlaqələndirib.

Hanan Əşrafi: “Mənə elə gəlir ki, İsrailə sədaqət andı verməklə prezidentliyə hər namizəd buna ABŞ-da seçilməyin yeganə yolu kimi baxır.”

Bazar günü Amerikada yəhudilərin siyasi lobbi təşkilatı olan Amerika İsrail İctimai Ələqələar Komitəsi qarşısında çıxışı zamanı prezident Obama nüvə silahına malik İranın nə demək olduğu məsələsini diqqəti çəkib. Cənab Obama administrasiyasının hər hansı bir münaqişədə İsrailə dəstək verəcəyini deyib.

ABŞ prezidenti Barak Obama: “Nüvə silahına malik İran İsrailin təhlükəsizlik maraqlarının tam əksinə yönəlib. Amma bu həm də Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarına qarşıdır. Həqiqətən də bürün dünya İranın nüvə silahları əldə etməsinin qarşısını almaqda maraqlıdır.”

Hanan Əşrafi cənab Obamanın İsrail-Fələstin münaqişəsini sona çatdırmaq məqsədilə hazırda durğunluq vəziyyətində olan danışıqlara diqqət çəkməməsinə görə təəssüf hissi keçirdiyi deyib. Münaqişə Yaxın Şərqdə qeyri-sabitliyin əsas mənbəyi hesab edilir.

Hanan Əşrafi: “İsrailin işğalı da daxil olmaqla etdiyi bir çox şey təkcə fələstinlilərə deyil, israillilərin özlərinə də mənəvi baxımdan zərər vurur, eyni zamanda Amerikanın maraqları, mövqeyi və ona etibar məsələsinə təsirini göstərir.”

Hanan Əşrafinin sözlərinə görə, İranla qarşıdurma beynəlxalq ictimiayyətin diqqətini daha geniş məsələlərdən yayındırır.

Hanan Əşrafi: “Biz inciyirik, çünki indi əsas məsələ İran və müharibəyə yönəlib. Bizim dünyada ekstremizm və zorakılığı nə gücləndirir? Fələstinlilərə qarşı ədalətsizlik davam edir, Fələstin torpaqları hələ də işğal altındadır.”

Hanan Əşrafinin sözlərinə görə, ekstremistlər İsrail-Fələstin sülh prosesində durğunluqdan istifadə edərək, terrorçuları öz sıralarına cəlb edir və qeyri-sabitlik yaradır.

Beynəlxalq vasitəçiləri İsrail və Fələstinlilər arasında birbaşa danışıqlara yenidən başlamağa səy göstərib. Lakin bu səylər baş tutmayıb.

Fələstinlilər bildirir ki, məsələdə inkişaf olmasa, onlar BMT-də tam hüquqlu üzv statusu qazanmaq və İsrail hökumətinə qarşı dinc etiraz nümayişlərinə başlamaq kimi başqa yollara əl atacaq.

XS
SM
MD
LG