Accessibility links

Netanyahu Obamanın səfəri zamanı İran, Suriya və Fələstin məsələlərinin diqqət mərkəzində olacağını bildirir


İsrailin Baş naziri Benyamin Netanyahu gələn ay prezident Obamanın İsrailə səfərinin ABŞ və İsrail arasında güclü müttəfiqlik münasibətlərini vurğulayacağını deyib. Bu, noyabr ayında Barak Obamanın prezident və Benyamin Netanyahunun keçən ay yenidən baş nazir seçilməsindən sonra bu onlar arasında ilk görüş, cənab Obamanın isə İsrailə dövlət başçısı kimi ilk səfəri olacaq.

İsrail kabinetinin iclasında danışan cənab Netanyahu deyib ki, prezident Obamanın səfəri zamanı üç əsas məsələ diqqət mərkəzində olacaq. Bunlar İranın nüvə silahı əldə etməsinin qarşısıın alınması, Suriyada vətəndaş müharibəsinə son qoyulması, İsrail və fələstinlilər arasında sülh danışıqlarının bərpasından ibarətdir.

Prezident Obama və baş nazir Netanyahu arasında bundan öncə İran və Fələstin məsələləri ətrafında fikir ayrılıqları mövcud idi. Prezident Obama İsrailin İranın nüvə obyektlərinə hücumla bağlı hədələrinə qarşı çıxaraq, diplomatiyaya üstünlük verdiyini bildirmişdi. Bununla yanaşı, ABŞ prezidenti İsrailin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə sülh prosesinin dörd il müddətinə dayanmasına səbəb olmuş yaşayış məntəqələrini genişləndirməsi planlarını qınamışdır. Cənab Obamanın İordan çayının Qərb sahilində Fələsin Muxtariyyətinin nümayəndələri il görüşdə sülh prosesinin bərpası məsələsini müzakirə edəcəyi gözlənilir.


Prezident iran və Suriya Benyamin:
XS
SM
MD
LG