Accessibility links

İsrail İranın nüvə proqramını region və dünya üçün ən böyük risk adlandırır


İsrailin Müdafiə naziri Ehud Barak İranın nüvə proqramının İsrail, Yaxın Şərq və bütün dünya üçün ən böyük risk olduğunu və İranın atom silahı istehsal edə bilməsilə bağlı narahatlıqları ünvanlamaq üçün bütün variantların masa üzərində qaldığını bildirib.

İsrailin Amerikada maraqlarını müdafiə edən AİPAC təşkilatının Vaşinqtonda illik konfransının açılışında danışan Ehud Barak deyib ki, misli görünməmiş diplomatik səylər və İrana qarşı sanksiyalara baxmayaraq, o, İran liderlərinin nüvə istəklərindən əl çəkəcəyinə inanmır.

İsrail və Qərb ölkələri İranı nüvə silahı istehsalına çalışmaqda ittiham edir, İran isə bu ittihamları rədd edərək, nüvə proqramının dinc mahiyyət daşıdığını bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-ın vitse-prezidenti Co Baydenin də AİPAC konfransında çıxış edəcəyi gözlənilir.

Konfrans ABŞ prezidenti Barak Obamanın bu ayın sonu İsrailə planlaşdırılan səfərindən əvvəl keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG